www.science.az
09.04.2019 16:11

Mərkəzi Elmi Kitabxanada İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi açılıb

Bu il yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilir. Bununla bağlı AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib.

Sərgidə yazıçının kitabxananın fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbiristanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri”, eləcə də onun haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri”, “Həyat və ədəbi tale”, “İ.Şıxlının bədii nəsri”, “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” və digər kitablar nümayiş olunur.

Nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi bu ilin sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.