Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Yüksək Texnologiyalar Parkı ADNSU ilə əməkdaşlıq edəcək
09.04.2019 16:25
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkı ADNSU ilə əməkdaşlıq edəcək

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d. Nazim Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə bir sıra ortaq məsələlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Mustafa Babanlı universitetin beynəlxalq əlaqələri, tədris prosesi, ixtisasları, laboratoriyaları barədə məlumat verib. Rektor ADNSU-nun “Eazi START” Startap və İnnovasiya Mərkəzində görülən işlərdən də danışıb, əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu bildirib.

Nazim Şükürov isə öz növbəsində  YT Parkın fəaliyyətindən söz açıb, ADNSU kimi nüfuzlu ali məktəblə əməkdaşlıq etməkdən məmnunluğunu bildirib. O, rəhbərlik etdiyi elmi müəssisənin əsas istiqamətlərindən birinin ölkə üçün uğurlu biznesmen yetişdirmək olduğunu deyib, bağlanacaq müqavilənin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: