Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmin yollarında” kitabı çapdan çıxıb
10.04.2019 11:09
  • A-
  • A
  • A+

“Elmin yollarında” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin növbəti layihəsi olan “Elm adamlarımız” silsiləsindən “Elmin yollarında” kitabı nəşr olunub.

Kitaba ayrı-ayrı elm sahələrinin alimləri haqqında müxtəlif dövrlərdə yazılan və mətbuatda çap olunan məqalələr daxil edilib.

Məqalələrin müəllifi şair-publisist Fəxrəddin Meydanlıdır. Məqalələri Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal toplayıb nəşrə hazırlayıb.

Kitabda çağdaş dövrdə Azərbaycanda yaşayıb yaradan doqquz elm adamının həyat və yaradıcılığından bəhs edən məqalələr öz əksini tapır.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, rəyçiləri isə Qutiyera Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: