Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində “Qoca və dəniz” kitabının müzakirəsi keçirilib
11.04.2019 11:34
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Qoca və dəniz” kitabının müzakirəsi keçirilib

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda dünya ədəbiyyatının tanınan siması Ernest Heminqueyin “Qoca və dəniz” kitabının müzakirəsi keçirilib.

İclasda institutun direktoru, akademik Tariyel Talıbov “Oxunması zəruri olan kitablar haqqında” Sərəncama uyğun olaraq həyata keçirilən tədbirlərdən danışıb. Siyahıda yer alan nəşrlərin gənclər üçün əhəmiyyətini vurğulayan alim çoxsaylı roman və hekayələrin müəllifi olan Ernest Heminqueyin həyat və yaradıcılığına ətraflı nəzər salıb. Bildirib ki, öz yazı üslubu ilə XX əsr dünya ədəbiyyatına ciddi təsir göstərən E.Heminquey əsərlərində əsasən insan və onun həyat, yaşam uğrunda mübarizəsi qələmə alınıb. Bu baxımdan insanın gücü, iradəsi və dözümündən bəhs edən “Qoca və dəniz” əsəri həyatı tam mənası ilə əks etdirən yaradıcılıq nümunlərindən biridir. Qeyd olunub ki, müəllifin bir neçə əsəri, o cümlədən “Qoca və dəniz” əsəri dilimizə tərcümə edilib və hər kəs tərəfindən sevilərək oxunulur.

Tədbirdə institutun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Cabbar Nəcəfovun “Qoca və dəniz” əsərində həyatda mübarizliyin tərənnümü” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra institutun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov və Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov mövzu ətrafında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: