www.science.az
15.04.2019 10:17

AMEA YT Parkda istehsal edilən malların satışı təşkil olunur

“Hiko kapital” MMC şirkətinin baş direktoru Hikmət Əliyev və həmin şirkətin Satınalma şöbəsinin müdiri Elmar Hüseynov AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşdə iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb. Şirkət tərəfindən YT Parkda istehsal olunan malların ölkədaxili bazarda satışı, təbliğ edilməsi və satış şəbəkələri vasitəsilə yayılması nəzərdə tutulub.

Daha sonra şirkət nümayəndələri AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələrinə baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.