Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2019 12:16
  • A-
  • A
  • A+

“Gələcəyin mühəndisi” layihəsinin mükafatlandırma mərasimi keçirilib

“Gələcəyin mühəndisi” layihəsinin mükafatlandırma mərasimi keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində Bakı şəhər məktəbliləri arasında 12 Aprel - Ümumdünya Kosmonavtika Gününə həsr olunan “Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib.

Müsabiqə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” ASC, Bakı Dövlət Universiteti və “Park Bulvar” AVM-in dəstəyi ilə baş tutub.

15 noyabr 2018-ci ildən etibarən keçirilən layihənin əsas məqsədi məktəblilərin astonomiya və astrofizikaya, kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sayəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onlar arasında kosmik mühəndisliyin təbliğidir.

Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmlər izləyib və onların əsasında maketlər hazırlayıblar. Təşkilat Komitəsi tərəfindən yaradılmış astrofizik, mühəndis və mütəxəssislərdən ibarət olan münsiflər heyəti 24 məktəb üzrə 63 iştirakçının hazırladığı 54 maketi qiymətləndirib. 

Müsabiqənin mükafatlandırma mərasimi Tusi-Bohm Planetariumda təntənəli şəkildə qeyd olunub.

Qaliblərə sertifikatlar və pul mükafatı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: