www.science.az
19.04.2019 16:27

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçirlər

18-19 aprel tarixlərində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Bakı Dövlət Universitetinin (BDU)  4-cü kurs tələbələri keçdikləri istehsalat təcrübəsi haqqında təqdimatlarla çıxış ediblər.

Əvvəlcə institutun direktoru, akademik İradə Hüseynova ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. O, artıq 2-ci ildir BDU-nun tələbələrinin MBBİ-də elmi təcrübə keçdiyini və bu ənənənin keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən BDU-nun rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev tələbələr üçün yaradılan şəraitə görə institutun rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra MBBİ-nin Bioadaptasiya, Xloroplasların fotokimyası, Karbonun fotosintetik assimilyasiyası, Bitki biotexnalogiyası, Genomun quruluşu və ekspressiyası laboratoriyalarında təcrübə keçmiş tələbələr təqdimatlarla çıxış edib, onlara ünvanlanan sualları cavablandırıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.