Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
22.04.2019 10:50
  • A-
  • A
  • A+

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib

Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma" (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan "Clarivate Analytics"in saytında (keçmiş "Tomson Reyter" agentliyi) yerləşdirilib.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu.

Konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü BDU-nun, o cümlədən 20-si universitetin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.

Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki, seçilmiş məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çap olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) "Applied and Computational Mathematics" beynəlxalq jurnalında çap ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: