Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sözləri Hüseyn Cavidindir” adlı not kitabı nəşr edilib
22.04.2019 15:37
  • A-
  • A
  • A+

“Sözləri Hüseyn Cavidindir” adlı not kitabı nəşr edilib

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı çap olunub.

Kitabın tərtibçisi muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlıdır.

“Sözləri Hüseyn Cavidindir” kitabı Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin sözlərinə bəstələnmiş musiqi əsərlərinin yazılı ifadəsi – not yazılarıdır.

Qeyd edək ki, Hüseyn Cavidin yaradıcılıq nümunələri hər zaman tanınmış bəstəkarlarımızın müraciət ünvanı olmuş, onun dram əsərlərinə, ayrı-ayrı şeirlərinə bir çox musiqilər, romanslar bəstələnmiş, “Ana” mənzum dramına isə ayrıca opera həsr edilmişdir. Fikrət Əmirov, Cahangir Cahangirov, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarlarımız tərəfindən ədibin “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur”, “Səyavuş” kimi əsərlərinin lirik nümunələri əsasında yaradılmış “Mənim tanrım”, “Niyə getdin”, “Çoban türküsü”, “Ellər ay ellər” adlı mahnılar hər zaman dinləyicilərin böyük rəğbətini qazanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: