www.science.az
25.04.2019 09:39

“Thomson Reyters” bazasında məqalələri dərc olunan müəlliflərə mükafat veriləcək

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda aparılan elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və alınan nəticələrin populyarlaşdırılması məqsədilə həvəsləndirmə tədbirləri həyata keçiriləcək.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sərəncamına əsasən, elmi tədqiqatların nəticələri üzrə dərc edilən məqalələrin sayında “Thomson Reyters” bazasına daxil olan jurnalların payı artırılmalıdır. Bu məqsədlə sözügedən bazaya daxil olan jurnallarda dərc edilən hər məqaləyə görə müəlliflərə 200 manat məbləğində mükafat veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.