Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, AMEA-nın professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin və Varşava Texnologiya Universitetinin Riyaziyyat və informatika elmləri kafedrasının professoru P.Qorkanın həmmüəllifi olduqları məqalə çapdan çıxıb.
Məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış "Mathematical Inequalities & Applications" impakt faktorlu jurnalında dərc edilib.
"Lebeq fəzalarında Hausdorf operatoru haqqında" adlı məqalədə birölçülü Hausdorf operatorunun çəkili Lebeq fəzasında və kvazibanax çəkili Lebeq fəzasında məhdudluğu xarakterizə edilib. İlk dəfə olaraq Hausdorf operatoru qrand Lebeq və dəyişən dərəcəli Lebeq fəzalarında baxılmış və operatorun məhdudluğu üçün müəyyən nəticələr alınıb. İşdə Hausdorf operatorunun qrand Lebeq fəzasında normasının hesablanması açıq məsələ kimi qalıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.