Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunda multidissiplinar tədqiqatlar aparılır
26.04.2019 09:23
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda multidissiplinar tədqiqatlar aparılır

AMEA-nın Rəyasət Heyəti tərəfindən akademiyanın institutları qarşısında dünya elminə, müasir elmi istiqamətlərə inteqrasiya, o cümlədən multidissiplinar tədqiqatların təşviqi kimi hədəflər qoyulub.

Bu hədəflərə çatmaq məqsədilə Zoologiya İnstitutunun Tətbiqi zoologiya mərkəzində “Riyazi biologiya” qrupu yaradılıb. İnstitutun alimləri tərəfindən ilk dəfə olaraq hörümçəkkimilərin trofik rəqabət əlaqələrinin qeyri-xətti diferensial tənliklərlə riyazi modeli qurulub. Model yüksək adekvatlıq göstərib. Əməkdaşların tədqiqat işlərinin nəticəsi olaraq “Hörümçəkkimilərin növlərarası rəqabət münasibətlərinin say dinamikasının riyazi modeli” məqaləsi impakt faktorlu “Riyazi modelləşdirmə” jurnalında dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: