www.science.az
27.04.2019 10:26

Eldar şamının təbii bərpasının monitorinqi aparılıb

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya elmləri doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə bu elm müəssisəsinin əməkdaşları Eldar Şamı Dövlət Təbiəti Qoruğunda ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi Azərbaycanın nadir bitkilərindən Eldar şamının təbii bərpasının monitorinqindən ibarət olub.

Tədqiqatlar zamanı qoruq ərazisində yayılmış digər nadir bitkilərin də artım dinamikası üzərində müşahidələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.