Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” adlı monoqrafiya çap olunub
30.04.2019 11:09
  • A-
  • A
  • A+

“Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” adlı monoqrafiya çap olunub

İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramovun “Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” adlı monoqrafiyası çap edilib.

Kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Rasim Həsənov, rəyçiləri i.e.d., professor Şəfa Əliyev və i.e.d., professor Heydər Həsənovdur.

Monoqrafiyada qloballaşan milli iqtisadiyyatın nəzəri-metodoloji aspektlərinin sistemli yanaşma konseptual məzmunu açıqlanıb, dayanıqlı inkişaf trayektoriyasına keçidin nəzəri interpretasiyası verilib və milli-qlobal qarşılıqlı münasibətlərdə inteqrativ bağlılığın formalaşması zəruriliyi əsaslandırılmış formada təsbit edilib.

Yeni nəşr iqtisadçı alimlər, metodoloqlar, sosioloqlar, iqtisadi profilli ali məktəb tələbələri, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: