Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər
02.05.2019 09:45
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər

Rusiyanın Rostov vilayətində "Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə ölkəmizi Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev təmsil ediblər.

Konfransın plenar iclasında V.Quliyevin "Karnot qruplarında kəsr inteqral operator və onun kommutatorunun ümumiləşmiş Orlic-Morri fəzalarında xarakteristikası", R.Bəndəliyevin isə "Çoxölçülü Hausdorf operatorunun çəkili Lebeq fəzasında məhdudluğu və kompaktlığı" mövzusunda məruzəsi dinlənilib.

Azərbaycanlı alimlər, həmçinin Rusiya, Ukrayna, Yaponiya, Portuqaliya və digər ölkələrdən həmkarları ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: