Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Türkiyədə keçirilən qurultayda iştirak ediblər
03.05.2019 15:59
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Türkiyədə keçirilən qurultayda iştirak ediblər

Türkiyənin İstanbul şəhərində Elginkan Vəqfi tərəfindən “Keçmişdən günümüzə səyahət ədəbiyyatı” mövzusunda IV Beynəlxalq Türk dili və Ədəbiyyatı Qurultayı keçirilib.

Türkiyə, ABŞ, Qazaxıstan və Finlandiyadan alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova təmsil ediblər.

Qurultayda M.Nağısoylu “Əlövsət Dərbəndinin “Töhfe-yi Ahbap və Sovqat-i Eshap səfərnaməsində rus saray həyatı”, Q.Mahmudova isə “Kornel Lö Brenin səyahətnaməsində Şamaxı şəhərinin təsviri” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: