Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın fonduna Macarıstan Elmlər Akademiyasından jurnallar daxil edilib
08.05.2019 09:33
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın fonduna Macarıstan Elmlər Akademiyasından jurnallar daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Macarıstan Elmlər Akademiyasının “Acta Orientalia” və “Keletkutatás” (Şərq araşdırmaları) jurnalları daxil olub.

“Acta Orientalia” jurnalında şərq filologiyası və mədəniyyətinə dair ingilis, alman, fransız və rus dillərində olan məqalələr toplanıb. Təqdim edilən nömrədə “Türk dillərində ümumiləşmə və individuallaşma”, “Kiyev şəhərinin qədim türk adı”, “Yapon və Altay linqvistikası”, “Monqol çobanlarının oyunları”, “Monqol şaman mahnıları”, “Danimarka kolleksiyasında qədim Yaxın Şərq möhürləri”, Tibet və Hind-Tibet araşdırmaları üzrə “Tibetdə Ramanın tarixi” adlı məqalələr və digər yazılar yer alıb.

“Acta Orientalia” və “Keletkutatás” jurnalları MEK-in elektron kolleksiyaları ilə yanaşı, kitabxananın Şərq ədəbiyyatı fondunda da yer alıb.

Qeyd edək ki, jurnalların elektron nüsxəsi MEK-in oxu zallarında və ya pr.mek.az@gmail.com elektron poçtuna göndərilən sorğu vasitəsilə istifadəyə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: