Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Məryəm Seyidbəyli: Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrü tariximizin parlaq səhifələrindəndir
08.05.2019 11:06
  • A-
  • A
  • A+

Məryəm Seyidbəyli: Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrü tariximizin parlaq səhifələrindəndir

Mayın 7-də AMEA Elm Tarixi İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünün tariximizin parlaq səhifələrindən olduğunu qeyd edib. Alim ölkəmizdəki sabitliyin və inkişafın bünövrəsində Ulu Öndərin formalaşdırdığı siyasi kursun dayandığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Tədbirdə Aybəniz Osmanova “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” mövzusunda məruzə edib. O, ulu öndərin təkcə AMEA-nın deyil, ümumiyyətlə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışıb.

İnstitutun əməkdaşı Elcan Oruclu ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının ilk illərində Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan, həyata keçirdiyi uğurlu siyasətdən söz açıb.

Tədbirdə ümummilli liderin fəaliyyəti ilə bağlı slayd və film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: