Prezident İlham Əliyevin 10 may 2019-cu il tarixli Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyev Mükafatı ilə təltif edilib. Neftçi-alimə bu mükafat Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Xoşbəxt Yusifzadəyə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.