Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr olunub
13.05.2019 09:35
  • A-
  • A
  • A+

“Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun “Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr edilib. Əsər arxeoloji tədqiqatlar əsasında Naxçıvanın qədim əkinçilik mədəniyyətinə dair ilk ümumiləşdirici tədqiqat işidir. Burada ilk də­fə olaraq Nax­çı­va­nın qə­dim əkin­çi tay­fa­la­rı­nın is­ti­fa­də et­dik­lə­ri əmək alət­lə­ri daşıdıqla­rı və­zi­fə­lə­ri­nə, növ­lə­ri­nə, qu­ru­lu­şu­na gö­rə ti­po­lo­ji qrup­la­ra və yarımqrupla­ra bö­lünüb, on­la­rın xro­no­lo­ji ar­dı­cıl­lıq­la tək­mil­ləş­mə­si pro­se­si izlənil­ib. 

Monoqrafiya dörd fəsildən ibarətdir. İlk fəsil Naxçıvan ərazisində qədim əkinçilik mədəniyyəti abidələrinin öyrənilməsi tarixinə və bölgənin təbii-coğrafi şəraitinə həsr olunub. Əsərin ikinci fəsli son neolit-son xalkolit dövründən ilk dəmir dövrünədək Naxçıvanın qədim əkinçi tayfalarının yaşayış yerləri barədədir. Üçüncü fəsildə göstərilən tarixi dövrdə bölgənin əkinçi mədəniyyətinin xüsusiyyətləri mövzusu işıqlandırılıb, dördüncü fəsildə isə Naxçıvanın qədim əkinçi tayfalarının iqtisadi-mədəni əlaqələri son tədqiqatlar kontekstində təhlil edilib.

Əsə­rə abi­də­lə­rin, on­lar­dan əl­də edi­lən əkin­çi­lik əmək alət­lə­ri­nin xro­no­lo­ji ardıcıllıq­la­rı­nın tip­lə­ri­ni, növ­lə­ri­ni gös­tə­rən cəd­vəl­lər və təd­qiq olun­muş ar­xeo­lo­ji ma­te­ri­al­la­rın təs­vi­rin­dən iba­rət tab­lo­lar əla­və edilib.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovdur.

Əsər arxeologiya və tarix sahələri üzrə mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: