Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edilir
01.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

AR Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu sentyabr ayının 30-dək davam edəcək.

Qeyd edək ki, qəbul imtahanları cari ilin oktyabr ayında keçiriləcək.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu elan dərc edildiyi gündən ilin sonunadək qəbul edilir.

Ətraflı məlumatı buradan əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: