Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fizika İnstitutunun əməkdaşları Yaponiyada keçirilən beynəlxalq konfransda iştirak edirlər
01.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunun əməkdaşları Yaponiyada keçirilən beynəlxalq konfransda iştirak edirlər

AMEA Fizika İnstitutunun əməkdaşları Yaponiyanın Niqata şəhərində ezamiyyətdədirlər.

Beş günlük ezamiyyətdə məqsəd “Üç və çoxtərkibli birləşmələr” mövzusunda XIX beynəlxalq konfransda iştirak etməkdir.

“Toki Messe” Konqres Mərkəzində təşkil olunan konfransda institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları Hüseyn Orucov, Oqtay Qasımov, Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktorları Oqtay Ələkbərov, Afət Kərimova, elmi işçilər Şəhla Əliyeva və Elnur Bağıyev iştirak edirlər.

Tədbirdə, həmçinin elmi müəssisənin alimlərinin müxtəlif mövzular üzrə məruzələrlə çıxışları və elmi işlərinin təqdimatı nəzərdə tutulur.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü N.Məmmədov konfransa komitə üzvü kimi qatılıb və məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: