Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutu ilə Süleyman Dəmirəl adına Universitet arasında əməkdaşlıq memorandumu imzalanıb
23.05.2019 09:25
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu ilə Süleyman Dəmirəl adına Universitet arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstan Respublikası Süleyman Dəmirəl adına Universitetin əməkdaşı Jansaya İbreyimova AMEA Nəsimi adına Dilçilik İnstitutunda olub.

Görüşdə Dilçilik İnstitutu ilə Süleyman Dəmirəl adına Universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Jansaya İbreyimova əməkdaşlığa dair memorandumun əhəmiyyətindən danışıb, təşəbbüsə görə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya təşəkkürünü bildirib. Qeyd edib ki, bu müqavilə hər iki elmi tədqiqat müəssisəsinin əməkdaşlarına bir-birinin təcrübəsindən yararlanmaq imkanı verəcək.

Sonra qonaq Tətbiqi dilçilik, Türk dilləri, Terminologiya şöbələri və Elmi kitabxananın fəaliyyəti ilə tanış olub, dilçiliyin aktual problemləri ilə bağlı müzakirələrdə iştirak edib. Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva qonağa şöbənin iş planı və təhsil sahəsindəki fəaliyyəti, magistratura təhsilində dərslərin təşkili ilə bağlı məlumat verib, onu dərs prosesi ilə tanış edib.

Jansaya İbreyimova institutda dosent E.Əliyeva tərəfindən tədris olunan “Müqayisəli-tarixi qrammatika” dərsində “Türk dillərinin müqayisəli fonetikası” mövzusunda mühazirə dinləyib. Eyni zamanda, dərs prosesində türk dövlətlərində əlifba problemi ilə bağlı fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: