Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib
23.05.2019 09:29
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib.

Tədbirdə nəşriyyatın nümayəndəsi Leszek Czervinski çıxış edərək təmsil etdiyi qurumun ilk çap nümunəsinin 1584-cü ildə dərc edildiyini və hər il 400 jurnalın, 1500 kitabın nəşr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, nəşriyyatın məlumat bazasında 36 min elektron kitab var və keyfiyyətə ciddi nəzarət olunur.

Leszek Czervinski nəşriyyata təqdim edilən yazıların qəbul qaydaları, mexanizmi və elmi jurnalların təsir amilindən danışıb, elmi yazılarını dərc etdirmək istəyən alimlərin nəşriyyat seçimində diqqətli olmalarını tövsiyə edib.

Çıxışının sonunda Kembric Universiteti Nəşriyyatının nümayəndəsi istifadəçilərə təqdim etdikləri “açıq mənbə” xidmətinin müsbət və mənfi tərəfləri barədə açıqlama verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: