Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr
30.05.2019 13:52
  • A-
  • A
  • A+

Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni nəşr

Bu günlərdə “Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb. Topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.

Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.

Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: