Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ex Oriente Lux - Şərqdən gələn işıq
31.05.2019 12:30
  • A-
  • A
  • A+

Ex Oriente Lux - Şərqdən gələn işıq

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Asiya Sivilizasiyaları Dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib. Çin Xalq Respublikasının Sədri Si Szinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfransa müxtəlif ölkələrdən 1000-dən artıq iştirakçı qatılıb.

Аkademik A.Əlizadə “Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcək” adlı forumda “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda еlmi məruzə ilə çıxış edib. Məruzədə zəngin svilizasiyaların beşiyi olan Asiyanın tarixi, onun dünya üzrə mədəni dəyərlərin yaradılmasında yeri və rolu, eləcə də çağdaş dövrümüzdə Asiya ölkələrinin inkişaf tendensiyalarına toxunulub. 

Konfrans işini başa vurandan sonra alim bununla bağlı fikirlərini "Kaspi" qəzetinin oxucuları ilə bölüşüb...

"Kaspi" qəzeti, 31 may 2019-cu il

  • Paylaş: