Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu jurnalda dərc edilib
31.05.2019 14:01
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun müəllifi olduğu məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktorlu "Siberian Mathematical Journal"da dərc edilib.

"Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemin bazisliyi" adlı məqalədə həyəcanlanmış eksponent sisteminə baxılıb. Bu sistemin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi üçün sərhəd məsələsi metodu işlənilib.

Qeyd edək ki, Morri fəzasında bazislik meyarı Lebeq fəzasında bazislik meyarından fərqlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: