Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2019 10:07
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçirilib

İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçirilib

İyunun 7-də AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, eləcə də Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Bakı Biznes universitetlərini və AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını iqtisadiyyat ixtisasları üzrə bitirən bakalavrlar iştirak ediblər.

İclası N.İmanov açaraq rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətləri, hökumət qurumları ilə əməkdaşlığı, həmçinin burada gənclərə yaradılan şərait və onlardan gözləntilər, magistraturaya qəbul olacaq magistrantların təhsilinin yüksək səviyyədə təşkili, gələcək perspektiv imkanları barədə danışıb.

Sonra bakalavrlar institutun şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri (dövlət sifarişli) nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisas seçimini yerinə yetirməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: