www.science.az
11.06.2019 12:36

"Böyük Qafqazın bitkiləri (Azərbaycan)" kitabı işıq üzü görüb

AMEA Botanika İnstitutunun alimləri V. Əlizadə, N.Mehdiyeva, V.Kərimov və A.İbrahimovanın həmmüəllifliyi ilə Azərbaycanın zəngin bitki müxtəlifliyinə malik Böyük Qafqazın cənub-şərq hissəsinin unikal florasına həsr olunmuş ilkin illüstrativ kitab nəşr olunub.

Kitabın redaktoru məşhur botanik, Almaniyanın Berlin Botanika Bağı və Botanika Muzeyinin  direktoru, professor Thomas Borsh ön sözündə qeyd edib ki, bu əsər həm Azərbaycan, həm də Qafqaz florası üçün müasir məlumatları əhatə edən ilk təqdimatdır. Əsərdə 430 bitki növü haqqında iki dildə geniş məlumat və rəngli fotoşəkillər verilir, morfoloji  təsvirlər və xüsusi rəngli işarələr bitkilərin təbiətdə axtarışı və təyinatı üçün imkan yaradır.

Respublikada biomüxtəlifliyin qorunmasına fundamental və maraqlı töhfə verən, çoxsaylı monitorinqlərin və çöl tədqiqatı işlərinin nəticələrini əks etdirən kitab beynəlxalq əhəmiyyətli floristik mənbə kimi oxuculara təqdim olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.