Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Bölməsində sərgi təşkil edilib
13.06.2019 11:33
  • A-
  • A
  • A+

Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Bölməsində sərgi təşkil edilib

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə sərgi təşkil edilib.

Sərgidə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev fenomeni”, “Qayıdış”, “Qurtuluş dastanı”, “Azərbaycanı dünyaya saydıran insan”, “Zamanı qabaqlayan dahi”, “Xilaskar” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Həmçinin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlardan, dahi öndərin ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, eləcə də nəsillərə nümunə ola biləcək həyat və siyasi fəaliyyətindən bəhs edən qəzet, jurnal və toplular tamaşaçıların diqqətinə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: