Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş kitablarının Varşavada təqdimatı olub
13.06.2019 17:10
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş kitablarının Varşavada təqdimatı olub

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının Polşanın Varşava Universitetində təqdimatı keçirilib.

Nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, elmi redaktorları isə tarix üzrə fəlsəfə doktorları Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.

Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına məlumat verib, kitabların Azərbaycan həqiqətlərini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən danışıb.

Daha sonra akademik Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinə təşəkkür edib. 

Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: