4-13 iyun tarixlərində AMEA-nın magistraturasında ayrı-ayrı ixtisaslar üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şuralarının iclasları keçirilib.
AMEA prezidentinin 7 may 2019-cu il tarixli sərəncamına əsasən yaradılmış Müdafiə Şuralarında 37 ixtisaslaşma üzrə 63 magistr dissertasiyasının müdafiəsi baş tutub. Keçirilən müdafiələrdə AMEA-nın magistrantları magistrlik dissertasiya işlərini yüksək səviyyədə təqdim edib və dissertasiya işləri Müdafiə Şuraları tərəfindən müzakirə edilərək qiymətləndirilib.
Nəticələrə əsasən 2018/2019-cu tədris ilində AMEA-nın 63 tələbəsi magistrlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr elmi-ixtisas dərəcəsinə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.