Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
14.06.2019 09:59
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin birinci səhifəsindəki “Ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfə” məqaləsində AMEA prezidenti, akademik Akif Əlizadənin Çin Xalq Respublikasına səfəri, Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşü və Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi çıxışı barədə məlumat verilib.

Sonrakı səhifələrdə “Milli maraqlara xidmət edən kitabxana”, “Ölməz sənətin elmi abidəsi”, “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları”, “Şərəfli həyat yolu keçmiş alim”, “Aristotel fəlsəfəsinin interpretasiyası”, "Elmin inkişafına dəyərli töhfələr vermiş akademik" məqalələri yer alıb.

Bundan başqa, oxucular “Faydalı, həm də kür mis”, “Əməkdaşlarımız Xərə-Zirə adasında”, “Görkəmli alimin ildönümü”, “Növbəti büro iclası” və digər məqalələrlə tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: