Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heydər Əliyevin maarifçilik siyasəti kontekstində milli ensiklopediya
18.06.2019 15:25
  • A-
  • A
  • A+

Heydər Əliyevin maarifçilik siyasəti kontekstində milli ensiklopediya

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin “Kaspiy” qəzetində “Dövlət əhəmiyyətli vəzifə. Heydər Əliyevin maarifçilik siyasəti kontekstində milli ensiklopediya” adlı məqaləsi dərc olunub.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ensiklopediya işinə xüsusi həssaslıqla yanaşmasından, dahi liderin hələ sovet dövründə nəşr edilmış “Azərbaycan Sovet Ensiklopediyası”nın hazırlanması və çap olunmasına göstərdiyi diqqət və qayğıdan bəhs edilir. Həmin dövrdə məhz ulu öndərin göstərişi ilə keçmiş Çkalov küçəsində (indiki Niyazi küçəsi) yerləşən ensiklopediya üçün yeni binanın tikildiyi vurğulanır.

Müəllif ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə maarifçilik işinə xüsusi önəm verdiyini qeyd edir.

Məqalədə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 30 may 2000-ci il tarixli Azərbaycan Respublikasının “Nəşriyyat işi” haqqında Qanundan, xüsusilə həmin Qanunun 26-cı maddəsindən geniş bəhs olunur. Vurğulanır ki, dahi lider Heydər Əliyevin siyasi varisi və davamçısı Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə bağlı verdiyi sərəncam və fərmanlarla ensiklopediya işinin inkişafını daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev müstəqil Azərbaycanın ilk milli ensiklopediyasının hazırlanmasını və nəşrini Redaksiya Heyətinin sədri olaraq öz himayəsinə almaqla məhz ulu öndərin “Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir” fikrinin reallaşmasına öz layiqli töhfəsini verir...

www.kaspiy.az

  • Paylaş: