www.science.az
24.06.2019 14:31

Mərkəzi Elmi Kitabxanada "Məmməd Cəfər Cəfərov-110" adlı sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas və tənqidçi, akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr olunan "Məmməd Cəfər Cəfərov-110" adlı sərgi açılıb.

Sərgidə alimin “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar”, “Azərbaycan-rus ədəbi əlaqələri tarixindən”, “Mütəfəkkirin şəxsiyyəti”, “Hüseyn Cavid”, “Rus klassikləri”, “Taras Şevçenko”, “Get dolangilən, xainsən hələ” əsərləri və “Məmməd Cəfər. Biblioqrafiya” kitabı nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.