Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.06.2019 12:05
  • A-
  • A
  • A+

Üzümçülükdə zərərvericilərə qarşı yeni səmərəli preparatlar hazırlanacaq

Üzümçülükdə zərərvericilərə qarşı yeni səmərəli preparatlar hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, istehsalat üzrə direktor müavini, a.ü.f.d., dosent Rauf Əsədullayev və aparıcı elmi işçisi, texn.ü.f.d. Mövlud Hüseynov AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) olub.

PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovla görüş zamanı iki qurum arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı yeni səmərəli preparatların hazırlanması və sınağı üzrə birgə tədqiqatların aparılması, təbii maddələri modifikasiya etməklə funqisid, insektisid və digər fəallıq göstərən vasitələrin alınması, bioloji fəallıqlarının öyrənilməsi, sonrakı mərhələdə ortaq elmi layihələrin həyata keçirilməsi və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: