Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları Qızılağac körfəzində tədqiqatlar aparıblar
01.07.2019 09:49
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Qızılağac körfəzində tədqiqatlar aparıblar

AMEA-nın akad. H.Ə.Əliyev  adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin əməkdaşları Qızılağac körfəzində tədqiqatlar aparıblar.

Tədqiqatlar zamanı Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraiti öyrənilib, ərazidə  dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb. Bundan əlavə, axın sürətinin, havanın temperaturu ölçülüb, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq  keçən) hazırkı vəziyyətləri və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb və arxivləşdirilmə işləri yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: