Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Telman Əliyev Polşada keçirilən konfransda iştirak edib
02.07.2019 10:39
  • A-
  • A
  • A+

Akademik Telman Əliyev Polşada keçirilən konfransda iştirak edib

Polşanın Katovise şəhərində “IX beynəlxalq nəqliyyat problemləri” mövzusunda konfrans keçirilib.

23 ölkədən 90-dan çox alim və tədqiqatçının qatıldığı tədbirdə ölkəmizi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edib. Akademik konfransın plenar iclasında "Seysmik aktiv zonalarda dəmir yolu nəqliyyatının  təhlükəsizliyinin təmin edilməsində noise texnologiyalarının istifadə edilməsi imkanları” mövzusunda məruzə ilə çıxış edib və institutun noise monitorinq texnologiyası və onun sənayedə tətbiqi sahəsində əldə etdiyi nəticələr barədə məlumat verib.

Akademik, həmçinin Polşa Sileziya Texniki Universitetinin professoru Aleksandr Sladkovski, Bolqarıstan Ruse Universitetinin professorları - Velizara Pençeva və Rosen İvanov, Rusiya Nəqliyyat Universitetinin professoru Valentina Tarasova, Maqnitoqorsk Dövlət Texniki Universitetinin professoru Aleksandr Raxmanqulov, Gürcüstan Maşın Mexanikası ETİ-nun direktoru, akademik Tamaz Natriaşvili və Gürcüstan Texniki Universitetinin professorları - Georgi Tumanişvili və Cəmil Qasımovla görüşərək birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ilkin razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: