Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Coğrafiya İnstitutunun əməkdaşları Böyük Qafqazda çöl tədqiqatları aparıblar
04.07.2019 10:29
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Böyük Qafqazda çöl tədqiqatları aparıblar

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun “Tufandağ ekogeomorfoloji dəstəsi”nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.

Baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər. Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: