Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev: gender bərabərliyi və qadınlar elmdə” mövzusunda dəyirmi masa keçirilib
05.07.2019 14:18
  • A-
  • A
  • A+

“Heydər Əliyev: gender bərabərliyi və qadınlar elmdə” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan “Heydər Əliyev: gender bərabərliyi və qadınlar elmdə” mövzusunda dəyirmi masa keçirilib.

Gəncə Bölməsinin işlər müdiri Rasim Tağıyev dəyirmi masada qadınların elmdə əldə etdiyi uğurlardan söz açıb. O, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə gender bərabərliyi və qadınların elmdə roluna həsr edilən belə ənənəvi dəyirmi masaların ulu öndərin qadın siyasətinin daha dərindən öyrənilərək tədqiq və təbliğində əhəmiyyətini vurğulayıb.

Tədbirdə AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə “Heydər Əliyev: gender bərabərliyi və qadınlar elmdə” mövzusunda məruzə elə çıxış edib. O, ulu öndərin gender bərabərliyinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılması üçün gördüyü işlərdən danışıb, müasir cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısının alınmasında dahi rəhbərin müdrik siyasətini xüsusi qeyd edib. Bildirib ki, məhz həmin uzaqgörən siyasət nəticəsində cəmiyyətimizdə gender zorakılığı hallarının qarşısı alınıb, kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqlar təmin edilib. Bu gün Azərbaycan qadınlarının ictimai-siyasi, mədəni həyatda rəhbər vəzifələrə təyin edilmək imkanları genişləndirilib, onların elmi-tədqiqat və təşkilati işlərə daha geniş cəlb olunması öz sanballı nəticələrini verib.

Dəyirmi masada, həmçinin Milli Məclisin deputatı Pərvin Kərimzadə, AMEA Qadınlar Şurasının sədr müavini Ruhəngiz Əliyeva, şuranın sosioloji xidmət qrupunun rəhbəri Mahrux Nəcəfli, Fizika İnstitutunun Qadınlar Şurasının sədri, akademiyanın müxbir üzvü Səlimə Mehdiyeva, Rəyasət Heyəti aparatının “Elmi irs” Mərkəzinin direktoru, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva və digərləri çıxış edərək “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsində, xüsusilə onların elmi axtarışlara daha geniş cəlb olunmasında əhəmiyyətini qeyd ediblər.

Tədbir çərçivəsində AMEA Gəncə Bölməsinin 7 nəfər üzvü olan qadın təşkilatı yaradılıb.

Dəyirmi masanın iştirakçıları tədbirdən sonra Gəncənin görməli yerlərini gəzib, Cavad xanın məqbərəsi, “İmamzadə” memarlıq kompleksini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: