www.science.az
05.07.2019 12:37

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri - biologiya üzrə fəlsəfə doktorları Ənvər Cəlilov və Süleyman Süleymanov Orta Xəzərin Giləzi–Sumqayıt akvatoriyasının sahilboyu sularında ekspedisiyada olublar.

Ekspedisiya zamanı akvatoriyada müəyyən edilən 3 daimi stansiyadan zooplanktona və ixtiofaunaya aid nümunələr toplanılıb. Tədqiqat dövründə 6 növdən olan 26 ədəd balıq üzərində müşahidələr aparılıb və zooplanktona dair 5 nümunə qablaşdırılıb.

Aparılan tədqiqatlar nəticəsində Orta Xəzər akvatoriyasında zooplankton və ixtiofauna biomüxtəlifliyinin müasir durumu haqqında məlumatlar əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.