Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib
08.07.2019 10:15
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada ətraf mühitin monitorinqinin qiymətləndirilməsində müasir tədqiqat metodları və kənd təsərrüfatı landşaftlarının idarə edilməsi” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib.

Simpoziumun rəsmi açılışından sonra baş tutan bölmə iclasında Ə.Quliyev “Azərbaycanda meliorasiya olunan torpaqların deqradasiyaya uğramasında antropogen təsirlər” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələr zamanı alimin məruzəsində əks olunan məsələlərin bir çoxunun Qazaxıstan, Özbəkistan və Türkmənistan torpaqlarında da baş verdiyi üzə çıxıb. Torpaqların deqradasiyaya uğramasının və onların qarşısının alınmasının ümumbəşəri problem olduğu bildirilib və tezliklə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə, həmçinin torpaqların səmərəli  istifadəsi və münbitliyin bərpasına dair təkliflər səsləndirilib.

Ə.Quliyev səfər zamanı U.Uspanov adına Qazaxıstan Elmi-Tədqiqat Torpaqşünaslıq və Aqrokimya İnstitutunu ziyarət edib, birgə əməkdaşlığa dair niyyət protokolunu imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: