Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.07.2019 09:27
  • A-
  • A
  • A+

“Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində sərgi təşkil olunub

“Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində sərgi təşkil olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən “Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində Memarlıq və İncəsənət İnstitutu tərəfindən sərgi təşkil edilib.

Sərgidə AMEA əməkdaşlarının müxtəlif mövzularda illüstrasiyaları nümayiş olunub. Nümayiş olunan əsərlərin əksəriyyəti Memarlıq və İnşaat İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı sərgiyə baxıblar.

Sərgi iştirakçılarda böyük maraq oyadıb.

Qeyd edək ki, “Qoşa qanad: VI Fizika və lirika konfransı” AMEA-nın Azad Həmkarlar İttifaqıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: