Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Berlin Texniki Universitetində ezamiyyətdə olub
16.07.2019 14:37
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Berlin Texniki Universitetində ezamiyyətdə olub

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov Almaniyanın Berlin Texniki Universitetində ezamiyyətdə olub.

Ezamiyyət Avropa Birliyinin “Horizon 2020” Tədqiqat və İnnovasiya qrant müsabiqəsi çərçivəsində baş tutub.

Səfər zamanı yeni nanokarbon materiallarının sintezi və tətbiq sahələrinin araşdırılması, eləcə də müştərək iş proqramının tərtibi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: