Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub
16.07.2019 14:55
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, müəssisənin baş elmi işçisi, professor Telman Məlikov, kiçik elmi işçisi Samin Malik və İngiltərənin Essex Universitetinin əməkdaşı Kamran Məlikovun həmmüəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış yüksək impakt faktorlu Q1 kateqoriyalı “Journal of Computational and Applied Mathematics”də işıq üzü görüb.

“First and second-order necessary conditions with respect to components for discrete optimal control problems” adlı məqalə diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunub. Məqalədə təqdim olunmuş yeni üsulun köməyi ilə optimallıq üçün idarəedici funksiyanın komponentlərinə görə qlobal formada maksimum prinsip, həmçinin bir komponentə görə qlobal formada maksimum prinsip, digər komponentə görə isə xəttiləşmiş maksimum prinsipi alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: