Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Gələn il AMEA-nın 75 illik yubileyi qeyd ediləcək
17.07.2019 14:37
  • A-
  • A
  • A+

Gələn il AMEA-nın 75 illik yubileyi qeyd ediləcək

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın 75 illik yubileyinə həsr olunan Tədbirlər Planı” müzakirə edilib.

Bildirilib ki, 2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq. Akademiyanın 75 illiyinin yüksək səviyyədə keçirilməsi məqsədilə yubileylə bağlı Rəyasət Heyətinə təkliflər verilib və geniş müzakirə olunaraq Tədbirlər Planı tərtib edilib.

İclasda məsələ ətrafında müzakirələrdən sonra Tədbirlər Planı təsdiqlənib. Sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: