Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Elm Tarixi İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
18.07.2019 14:17
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) dünyanın bir sıra aparıcı elmi təşkilat və müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova iyulun 17-də AMEA-nın Rəyasət Heyətində olub, akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli və ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli ilə görüşüb.

Görüş zamanı rusiyalı alimə Elm Tarixi İnstitutunun əldə etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verilib, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ölkəmizin regionda strateji rolu və həyata keçirilən proqramlardan bəhs edilib.

Sonda N.Aşeulova Elm Tarixi İnstitutu ilə birgə layihələrin və elmi araşdırmaların davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: