Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiya işıq üzü görüb
18.07.2019 15:06
  • A-
  • A
  • A+

“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyası nəşr edilib.

Kitabın elmi redaktoru i.e.d., professor Arif Şəkərəliyev, rəyçiləri - AMEA-nın müxbir üzvü Akif Musayev və i.e.d., prof. Kamil Şahbazovdur.

Monoqrafiyada klasterlərin təşkili və idarə edilməsinin elmi əsasları ümumiləşdirilib, klaster anlayışına dair xarici və respublika alimlərinin yanaşmaları sistemləşdirilib, ona müəllifin öz təcrübəsinə uyğun əsaslandırılmış tərifi verilib. Bundan əlavə, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin klasterləşmə təcrübəsi şərh olunub, Azərbaycanda klasterləşmə üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri qiymətləndirilib. Eyni zamanda ölkəmizdə klasterlərin inkişafı üzrə mövcud normativ-hüquqi bazanın möhkəmləndirilməsi, respublikanın iqtisadi rayonlarında, yanacaq-enerji kompleksində, kimya və neft-kimya sahələrində, eləcə də elm və təhsil sferasında klasterləşmənin məqsədəuyğunluğu elmi və praktiki cəhətdən əsaslandırılıb.

Monoqrafiya klasterlərin təşkili və idarə edilməsi ilə məşğul olan rəhbər işçi və mütəxəssislər, elmi işçilər, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: