Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
19.07.2019 09:29
  • A-
  • A
  • A+

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq, plyus” Yaradıcılıq Birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib.

Kitabın ideyasının və ”Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru və giriş məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.

Üç bölmədən, 416 səhifədən ibarət olan ədəbi almanax İsa Həbibbəylinin “Akademiyada ədəbiyyatdan akademizmə” yazısı ilə açılır. Kitabda Ədəbiyyat İnstitutunun əməkdaşlarının bədii əsərləri yer alıb.

Almanaxda Azərbaycan ədəbi, elmi, nəzəri-estetik fikrində özünəməxsus yeri və mövqeyi olan müəlliflərin şeirləri, nəsr əsərləri, tərcümələri toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: