Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Açıq "Tarla günü" keçiriləcək
19.07.2019 12:40
  • A-
  • A
  • A+

Açıq "Tarla günü" keçiriləcək

8 avqust 2019-cu il tarixində saat 9:00-da AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsində bu qurumun və "Azseeds" MMC-nin birgə təşkilatçılığı ilə açıq "Tarla günü" tədbiri keçiriləcək.

Tədbir fermer, sahibkar və alimlər üçün hibrid və sortların səciyyəvi xüsusiyyətlərinin nümayişi, məlumatlandırma və maarifləndirmə məqsədi daşıyır. Həmçinin 18 növ bitkinin 167 çeşidinin təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, tədbir iki qurum arasında ölkə əhalisinin ekoloji təmiz tərəvəz məhsulları ilə təmin olunması üçün imzalanan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: